İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İranla mümkün hər hansı razılaşma təkcə İsrailin deyil, həm də ABŞ-nin və bütün dünyanın təhlükəsizliyini təmin edən sərt tələblərə cavab verməlidir.
“Əgər biz razılaşmaya nail olmaq istəyiriksə, o, bir sıra əsas elementləri ehtiva etməlidir. Bizim fikrimizcə, bu elementlər təkcə İsrailin deyil, həm də ABŞ-nin, regionun və bütün dünyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”, — deyə Netanyahu bildirib.
İsrailin Baş naziri tərəfindən səsləndirilən birinci şərt İrandan bütün zənginləşdirilmiş uranın çıxarılmasıdır. İkinci şərt zənginləşdirmə üçün avadanlıq və infrastrukturun tamamilə sökülməsidir. Üçüncü şərt raket proqramı ilə bağlıdır: Tehran Raket Texnologiyalarına Nəzarət Rejiminin (MTCR) 300 km-lik məhdudiyyətinə riayət etməlidir. Dördüncü tələb isə Netanyahunun sözlərinə görə “ciddi zərbə almış”, lakin yenidən bərpa olunmaqda davam edən “terror oxu”nun ləğv edilməsidir.
Bundan əvvəl “CBS News” xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp danışıqların uğursuzluqla nəticələnəcəyi halda İsrailin İranın raket obyektlərinə zərbələrini dəstəkləyəcəyini Benyamin Netanyahuya vəd edib.







