2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələrindən qızıl idxalı 2024-cü illə müqayisədə artıb.
Banker.az xəbər verir ki, Qazaxıstandan idxal 2024-cü ildə 1 919 kq və 169.08 mln. dollar təşkil edirdisə, 2025-ci ildə 2 557 kq və 262.17 mln. dollara yüksəlib.
Qazaxıstanla paralel 2025-ci ildən etibarən
Qırğızıstandan idxal 417 kq və 44.62 mln. dollar olub, Özbəkistandan isə 4 149 kq və 233.51 mln. dollar təşkil edib.







