Əmək haqqı kartı Azər Türk Bank-dan olan şəxslər artıq əlavə faiz ödəmədən vəsaitlərini Azərbaycan Beynəlxalq Bankın bankomatlarından nağdlaşdıra bilərlər. Ekspertlərin fikrincə, bu addım həm müştəri məmnuniyyəti baxımından çox tədqirə layiq addım, həmdə strateji baxımdan bankın bazarda mövqelərinin möhkəmləndirilməsində yardımçı olacaq bir addım kimi qiymətləndirilir.
İki dövlət bankının bu sahədə güclərini birləşdirmək qərarı haqqında məlumat bu gün Banker.az redaksiyasına daxil olmuşdur.







