Nihad Muxtarlı Nazirliyin Aparat rəhbəri müavini təyin olundu.
Banker.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edilib.
Nihad Muxtarlı bu təyinata kimi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini olub.
6 iyul 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Nihad Hafiz oğlu Muxtarlı 1990-cı il mart ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
2007-ci ildə Respublika 289 saylı “Zəngi” liseyindən məzun olub.
2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb.
2011-2012-ci illərdə Şimali Kipr Doğu Akdeniz Universitentindıə İngilis dili dəstək proqramı alıb.
2012-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin İzmir Ekonomi Universitentində “Master of Business Administration” ixtisası üzrə ingilis dilində magistratura pilləsində ali təhsil alıb.
2014-2017-ci illərdə Qərbi Kaspi Univesitetində aspirant olaraq təhsil almışdır. 2018-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
2009-2011-ci illərdə özəl müəssisələrdə müxtəlif vəzifələrdə əmək fəaliyyətinə başlayıb.
2015-ci ildə “Retro Holding” MMC-də baş mühasib köməkçisi vəzifəsində çalışıb.
2015-2018-ci illərdə “Retro Holding” MMC-də Şirvan sement zavodunda Direktor vəzifəsində çalışıb.
2018-2020-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında müşavir vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 1 övladı var.






