Ötən il Azərbaycandan 460 şəxs Rusiyaya könüllü köç edib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 2025-ci ildə xaricdə yaşayan etnik ruslar və onların ailə üzvləri üçün könüllü köçürülmə proqramında iştirak edənlərin daha bir rekord sayı qeydə alınıb. Məlumata görə, 2025-ci ildə proqram çərçivəsində 26.700 nəfər köçürülüb. Bir il əvvəl bu rəqəm 31.700 nəfər olub. Bu arada, hakimiyyət orqanları həmvətənlərin geri qayıtmasını miqrasiya siyasətinin prioriteti adlandırır.
2022-ci ildə Ukraynanın işğalından bəri keçmiş Sovet ölkələrindən köçürülən soydaşların sayı kəskin şəkildə azalıb. Ukraynadan 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə və Qazaxıstandan 3 dəfə azalma müşahidə olunub.
Rusiyada “Həmvətənlər üçün Könüllü Məskunlaşma Proqram”ı 2007-ci ildən bəri qüvvədədir. Proqramın məqsədi SSRİ-nin dağılmasından sonra ölkədən kənarda qalan etnik rusların ailə üzvləri ilə birlikdə Rusiyaya qaytarılmasıdır. Proqramın başlanmasından bəri 1,2 milyondan çox insan Rusiyaya köçüb. Köçənlərə sürətləndirilmiş proses vasitəsilə – 9-12 ay ərzində Rusiya vətəndaşlığını almaq hüququna verilir.






