10 C
Baku
Tuesday, February 17, 2026

Banqladeşin müvəqqəti hökuməti istefa verib

Banqladeşin müvəqqəti hökuməti, çərşənbə axşamı günü keçiriləcək seçkilərdə qalib gələn Banqladeş Millətçi Partiyasının (BNP) lideri, respublikanın yeni baş naziri Tariq Rəhmanın andiçmə mərasimindən əvvəl istefa verib.

Bu barədə Banqladeşin müvəqqəti baş naziri Məhəmməd Yunus xalqa müraciətində deyib.

O, demokratiyanın, söz azadlığının və fundamental hüquqların təmin edilməsinin davam etdirilməsinə çağırış edib.

Onun sözlərinə görə, Banqladeş artıq itaətkar xarici siyasət yürüdən və ya digər dövlətlərin təlimat və məsləhətlərindən asılı olan bir ölkə deyil. Siyasətçi həmçinin geniş regional iqtisadi imkanları qeyd edərək, Nepal, Butan və şimal-şərqi Hindistanla əməkdaşlıq yolu ilə böyük artım potensialına diqqət çəkib.

O, Banqladeşin dənizə çıxışının strateji bir aktiv olduğunu söyləyib: “Açıq dənizimiz yalnız coğrafi sərhəd deyil; qlobal iqtisadiyyata açılan bir qapıdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər