13 C
Baku
Tuesday, February 17, 2026

BloombergNEF: Dünyanın əsas regionlarında xam neft ehtiyatları azalıb

6 fevraladək daham edən həftə ərzində dünyanın əsas regionlarında xam neft ehtiyatları həftəlik müqayisədə 0,8% azalıb. Bununla belə, göstərici ötən ilin analoji dövrü və beşillik orta səviyyədən (2019 və 2022–2025-ci illər) yüksək olaraq qalır. Bu barədə öz hesablamalarına və rəsmi statistikaya istinadən “BloombergNEF” analitikləri yazırlar.

“BloombergNEF”in hesablamalarına görə, əsas regionlarda xam neft ehtiyatları iyul ayından bəri beşillik orta göstəricidən yuxarı səviyyədə qalır. Lakin hazırda bu fərq 5,7 milyon barelə qədər azalıb.

6 fevraladək davam edən həftədə əsas regionlarda neft məhsulları ehtiyatları da həftəlik müqayisədə 1,5% azalıb və mövsümi pik səviyyələrdən yüksək qalmaqda davam edir.

“BloombergNEF” yazır ki, əsas regionlarda xam neft və neft məhsullarının ümumi ehtiyatları həftədə 1,2% azalıb və hazırda orta mövsümi göstəricini 73,2 milyon barel üstələyir.

Son xəbərlər
Digər xəbərlər