13 C
Baku
Tuesday, February 17, 2026

Azərbaycana gətirilən avtomobillərin sayı azaldı, dəyəri yüksəldi

2026-cı ilin yanvar ayında Azərbaycan 176 milyon 542 min dollar dəyərində 7 591 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 27% artıb, miqdar ifadəsilə 0.9% azalıb.

O cümlədən, 2025-ci ilin yanvar ayında isə Azərbaycana 138 milyon 987 min dollar dəyərində 7 663 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin ilk ayında Azərbaycana minik avtomobillərinin idxalı 6 774 ədəd ikən, əvvəlki ildə 6 906 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 2% azalıb.

Son xəbərlər
Digər xəbərlər