13 C
Baku
Tuesday, February 17, 2026

“Allianz”: Azərbaycanda biznes mühiti tədricən yaxşılaşır

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində islahatlar davam edir.

Banker.az  xəbər verir ki, bu barədə beynəlxalq sığortaçı və aktiv idarəetmə qrupu “Allianz Group”dan bildirilib.

Qeyd edilib ki, dövlət müəssisələrinin idarəetməsi (SOE governance), faydalı mülkiyyət şəffaflığı və rəqəmsallaşma sahəsində aparılan islahatlar bu prosesə müsbət təsir göstərir.

Bununla belə, tənzimləmə keyfiyyəti, hüquq və korrupsiyaya nəzarət göstəriciləri hələ də regiondakı analoji ölkələrdən geri qalır. Bu amillər xarici investisiyaları və özəl sektorun inkişafını zəiflədən əsas maneələr kimi qiymətləndirilir.

Həmçinin, vurğulanıb ki, dövlətin iqtisadiyyatda böyük paya malik olması və maliyyə bazarlarının dərinliyinin aşağı səviyyədə qalması rəqabəti və innovasiyaları məhdudlaşdırır.

“Allianz” əlavə edib ki, bərpa olunan enerji və infrastruktur sahəsində irəliləyiş nəzərəçarpandır. Bir sıra külək və günəş enerjisi layihələri istismara verilmə mərhələsinə çatıb, elektrik ötürücü şəbəkənin modernləşdirilməsi üzrə işlər davam edir. Lakin ekoloji dayanıqlıq hələ də problem olaraq qalır. Xüsusilə, su ehtiyatlarının idarə edilməsi və təkrar emal sahəsində göstəricilər aşağıdır.

“Uzunmüddətli rəqabətqabiliyyətin təmin edilməsi üçün yaşıl enerji, regional bağlantı və insan kapitalının inkişafına davamlı diqqət əsas şərt kimi qiymətləndirilir” – “Allianz” qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər