10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan İcbari Sığorta Bürosunun investisiya portfeli 50% artıb

Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) investisiya portfeli hazırda təxminən 30 mln. manata bərabərdir. Bunu jurnalistlərə açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi bu rəqəmin 33-34 mln. manata çatacağı gözlənilir.

E.Quliyev rəhbərlik etdiyi qurumun investisiya portfelinin tərkibi barədə də açıqlama verib: “Portfel ABŞ dolları, avro, manat və qiymətli kagızlarda yerləşdirilib. Burada Maliyyə Nazirliyinin istiqrazları, digər müəssisə və təşkilatların vekselləri var. Hər ay investisiya portfelinin strukturu dəyişir, vəziyyətə uyğun olaraq dəyişikliklər edilir”.

Büro rəhbərinin sözlərinə görə, son bir ildə İSB-nin investisiya portfelində təxminən 50% artım olub: “Portfelin bir hissəsi devalvasiyadan öncə xarici valyutada olub. Bu da müəyyən dərəcədə artıma təsir göstərib”.

Report

Son xəbərlər
Digər xəbərlər