“Strategy” (keçmiş “MicroStrategy”) 9–15 fevral tarixləri arasında orta alış qiyməti 67 710 dollar olmaqla 2486 ədəd “Bitcoin”i 168,4 milyon dollara aldığını açıqlayıb.
16 fevral tarixinə olan məlumata görə, şirkətin balansında 717 131 “Bitcoin” var ki, bu da ümumi emissiyanın 3%-dən çoxunu təşkil edir. 2020-ci ildən bəri bu alışlara ümumilikdə təxminən 54,52 milyard dollar xərclənib.
Şirkətin 1 BTC üçün orta alış qiyməti təxminən 76 027 dollardır. Hesabatın dərc olunduğu anda bitkoinin məzənnəsi bu səviyyədən aşağı — təxminən 68 min dollar olub.
Növbəti “Bitcoin” alışları MSTR səhmlərinin, eləcə də imtiyazlı STRC səhmlərinin yerləşdirilməsi və satışı hesabına maliyyələşdirilib. İyul ayındakı maksimumdan bəri MSTR səhmlərinin qiyməti təxminən 80% ucuzlaşıb.





