ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna üzrə nizamlanma danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunduğunu bəyan edib. O, müvafiq paylaşımı Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk gününün yekunundan sonra “X” platformasında yerləşdirib.
Uitkoffun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda moderator qismində çıxış edib. O həmçinin bildirib ki, mövcud ABŞ administrasiyasının tərəfləri bir araya gətirməsi uğurla nəticələnib və bu da əhəmiyyətli irəliləyişə səbəb olub. “Hər iki tərəf nəticələri öz liderlərinə çatdırmaq və razılaşmaya nail olmaq məqsədilə işi davam etdirmək barədə razılığa gəlib”, – deyə Uitkoff qeyd edib.
Bundan əvvəl Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqların iştirakçıları çərşənbə günü təmasları davam etdirmək barədə razılığa gəliblər. Bildirilir ki, danışıqların altı saat davam edən ilk günü çox gərgin keçib.







