12 C
Baku
Wednesday, February 18, 2026

Vatikan Trampın “Sülh Şurası”nda iştirakdan imtina edib

Vatikan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nda iştirak etməyəcək. Bu barədə dövlət katibi Pyetro Parolin məlumat verib.

“Bir sıra cəhətlərinə görə Vatikan “Sülh Şurası”nın işində iştirak etməyəcək. Bu xüsusiyyətlərin digər dövlətlərdən fərqli olduğu aydındır. Problemlərdən biri də ondan ibarətdir ki, beynəlxalq səviyyədə bu cür böhranlı vəziyyətlərin tənzimlənməsi ilə məhz BMT məşğul olmalıdır. Bu, bizim israr etdiyimiz məqamlardan biridir”, – deyə kardinal bildirib.

“Sülh Şurası”nın ilk iclası 19 fevralda Vaşinqtonda keçiriləcək. İlkin olaraq qurum Qəzza sektorunda sülh şərtlərinə nəzarət üçün nəzərdə tutulsa da, sonradan Donald Tramp onun səlahiyyətlərini genişləndirərək dünyanın digər bölgələrindəki münaqişələrin həllini də əhatə edib. Şuraya daxil olmaq üçün 58 ölkə, o cümlədən Rusiya dəvət olunub, lakin Rusiya ilk iclasda iştirak etməyəcək.

Son xəbərlər
Digər xəbərlər