2026-cı ilin yanvarında Azərbaycana xarici ölkələrdən 8 milyon 209 min dollar dəyərində 3 332 ton ət idxal olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2025-ci ilin yanvarında isə Azərbaycana 9 milyon 93 min dollar dəyərində 4 092 ton ət idxal olunmuşdu.
Belə ki, illik müqayisədə ət idxalı dəyər ifadəsilə 10%, miqdar ifadəsilə 19% azalıb.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.63%-ni təşkil edib.






