Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb. Cenevrədə keçirilən görüş təxminən iki saat davam edib, danışıqlar çətin, lakin işgüzar atmosferdə keçib.
Ukrayna üzrə yeni görüşün yaxın vaxtlarda keçiriləcəyi bildirilib.
Əbu-Dabidə keçirilən əvvəlki raundlarla müqayisədə müzakirə mövzuları genişləndirilib: tərəflər ərazi, hərbi, siyasi və iqtisadi məsələləri, eləcə də təhlükəsizlik aspektlərini müzakirə ediblər.







