11 C
Baku
Wednesday, February 18, 2026

Azərbaycanda şagirdlərin məktəbə daşınması xidməti üçün ₼3.8 mln ayrıldı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagird daşınması xidmətləri üçün tenderlər keçirib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müxtəlif bölgələrdə şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınması üzrə tenderlər keçirilib.

Baku Rent Service MMC  Abşeron-Xızı və Dağlıq Şirvan regional təhsil idarələrinin əhatə etdiyi ərazilərdə xidmətləri həyata keçirəcək. Xidmət üçün nəzərdə tutulan məbləğ 1 109 385 manat təşkil edir.

Fast Vay MMC Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələrinin əhatə etdiyi ərazilərdə şagirdlərin daşınmasını təmin edəcək. Məbləğ 798 207 manat olaraq müəyyən edilib.

Logistics and Transport Services MMC Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan bölgələrində xidmət göstərəcək. Xidmətin dəyəri 1 935 211 manat təşkil edir.

Beləliklə, Təhsil Nazirliyi regionlar üzrə şagirdlərin məktəblərarası daşınmasını təmin etmək üçün ümumilikdə 3 842 802 manat məbləğində xidmət satın alıb.

Son xəbərlər
Digər xəbərlər