7 C
Baku
Wednesday, February 18, 2026

Kakao paxlasının qiyməti 2023-cü ildən bəri ilk dəfə 3260 dollardan aşağı enib

2026-cı ilin mart ayı üzrə kakao paxlalarına dair fyuçersin qiyməti Londonun ICE birjasında bir ton üçün 3260 dollardan aşağı olub.

Bu, 29 iyun 2023-cü ildən bəri ilk dəfə baş verib. Bunu ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 14:57-də fyuçersin qiyməti 3259 dollar olub və 5,97% azalıb. Saat 15:25-ə olan məlumata görə isə eniş zəifləyərək 3340 dollar (-3,85%) səviyyəsində qeydə alınıb.

İlin əvvəlindən bəri kakao paxlaları üzrə müqavilənin dəyəri 46,27% azalıb. 2024-cü ilin dekabrında qeydə alınmış rekord göstərici ilə müqayisədə isə qiymət 74,8% düşüb.

Son xəbərlər
Digər xəbərlər