7 C
Baku
Wednesday, February 18, 2026

“Telegram”da yeni funksiya işə salınır

“Telegram”da yeni funksiya işə düşür. Bu funksiya sayəsində şəxsi söhbətləri kopiyalamaq imkanı olmayacaq.

Bu barədə “Beta Info” “Telegram” kanalı məlumat verib.

Hazırda yalnız kanallar mesajların kopiyalanmasını bloklaya bilər. Bu xüsusiyyət tezliklə şəxsi mesajlarda da mövcud olacaq. İstifadəçilər yalnız kontaktlarının mesajları kopiyalamasını deyil, həm də şəxsi söhbətlərdən məzmunu saxlamasını və yönləndirməsini bloklaya biləcəklər.

Kopiyalamadan qorunmanı aktivləşdirmək üçün kontaktın profilinə keçib, “Kontaktı redaktə et” – “Kopiyalamanı blokla” funksiyasını seçmək lazımdır. Bu xüsusiyyət hazırda “Telegram”ın iOS üçün beta versiyasında, 12.5 versiyasında (32413) mövcuddur. Lakin hələlik funksiya tam işə salınmayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər