7 C
Baku
Wednesday, February 18, 2026

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il təxirə salınır

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır.

Sözügedən məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü onlayn iclası da müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi.

Bu tarixin 2027-ci ilin 1 yanvarına qədər uzadılması təklif olunub.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər