14 C
Baku
Thursday, February 19, 2026

Azərbaycanda lombard şirkətinin səhmdarları paylarını bağışlayırlar

Azərbaycanda lombard şirkəti “Express Lombard” ASC-nin sahibləri paylarını bir şəxsə ötürüblər.

Banker.az bu barədə əldə etdiyi rəsmi sənədlərə istaindan xəbər verir.

Bildirilir ki, “Express Lombard”ın səhmdarları Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı özlərinə məxsus olan səhmləri tam həcmdə digər səhmdar Həsənov Nicat Vaqif oğluna bağışlayıblar.

Beləliklə, Həsənov Nicat Vaqif oğlu hazırda “Express Lombard” ASC-nin nizamnamə kapitalının 100 faizinin sahibi olan yeganə səhmdardır.

Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı Azərbaycanda mikro kredit bazarında iştirak edən iki təşkilat “BOKT International” ASC və “International Leasing” ASC-nin sahibləridirlər.

Xatırladaq ki, “Express Lombard” 2011-ci ildə təsis edilib və 1 mln. səhm kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər