“Kapital Bank” ASC-nin törəmə təşkilatı “Bir Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin Müşahidə Şurasına yeni üzv seçilib.
Banker.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarı ilə Qərib L. Əhədov Müşahidə Şurasına üzv seçilib.
Buna qədər vəzifə vakant idi. Bununla da bankın M.Ş. üzvlərinin ümumi sayı üçə yüksəlib.
O, 2016-cı ilin mayından “Kapital Bank”ın işçi heyətinə qatılıb. Hazırda bankın Kredit riskləri analizi departamentinin direktorudur.
Buna qədər “Finca Azerbaijan” QBKT MMC və “Dəmir Bank” ASC (ləğv edilib) kimi kredit təşkilatlarında çalışıb.
Xatırladaq ki, “Bir Kredit BOKT” MMC 2018-ci ildə “Kapital Bank” ASC tərəfindən təsis edilib və həmin ildə Mərkəzi Bankdan lisenziya əldə edib. BOKT 99 835 580 manat nizamnamə kapitalına sahibdir.





