6 C
Baku
Sunday, December 15, 2024

Elxan Quliyev: “İcbari sığorta üzrə tariflərin artırılmasına ehtiyac yoxdur”

“Hazırda Azərbaycanda icbari sığorta üzrə tariflərin artırılmasına ehtiyac yoxdur”.

Bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

“Biz xarici ölkələrin İcbari Sığorta Bürosunun məlumatlarını müqayisə edirik. Xarici ölkələrdə icbari sığorta üzrə zərərlilik 98-99% təşkil edir. Azərbaycanda bir o qədər zərərlilik yoxdur. İcbari sığorta üzrə xidmətlər göstərən şirkətlərdə ən böyük problem komissiya ilə bağlıdır. Bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən tədbirlər görülür. Bu məsələ öz həllini tapandan sonra rentabellik artacaq”, – deyə icraçı direktor qeyd edib.
APA

Son xəbərlər
Digər xəbərlər