24 C
Baku
Monday, September 30, 2024

Rusiyalı futbolçu 10 min dollarlıq telefon işlədir

Futbol üzrə Rusiya milli komandasının oyunçusu Artur Yusupov “Vertu Signature S” telefonu ilə danışarkən görüntülənib.

RİA “Novosti” agentliyinin məlumatına görə, əlində düyməli telefonla danışarkən agentliyin əməkdaşları onun şəklini çəkiblər.

Şəkil hava limanında, Rusiya millisinin Fransada keçirilən futbol üzrə Avropa Çempionatında çıxışını yekunlaşdıqdan sonra vətənə qayıdarkən çəkilib. Yusupovda olan telefon 2008-ci ilin modelidir.

Telefonda sensor displey və kamera mövcud deyil. “Hi-Tech.Mail.Ru” portalının məlumatına görə, futbolçuda olan model daha da yaxşılaşdırılmış “Vertu Signature” versiyasıdır. Telefonun qiyməti isə təxminən 640 min rubl və ya 9 984 ABŞ dolları təşkil edir.

Lent.az

 

Son xəbərlər
Digər xəbərlər