Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 66,7 ABŞ dolları təşkil edəcək.
IMF-nin məlumatına əsasən, 2027-ci ildə 64,9 ABŞ dollarına qədər cüzi azalmadan sonra yüksələn trend proqnozlaşdırılır: 2028-ci ildə 65,4 ABŞ dolları, 2029-cu ildə isə 66,4 ABŞ dolları.
2030-cu ildə isə ixrac neftinin orta qiyməti bir barel üçün 67,2 ABŞ dollarına çatacaq, 2031-ci ildə isə 68,5 ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, “Azeri Light” “Brent”lə müqayisədə 2-3 dollar premiumla satılır (bir barel üçün ABŞ dolları ilə).
Azərbaycanın bu ilki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, “Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,655 % təşkil edir.






