Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri keçirilən görüşdə Rusiyaya qarşı artıq 20-ci olan növbəti sanksiya paketini razılaşdıra bilməyiblər. Bu barədə diplomatlara istinadən “Reuters” məlumat verib.
Yeni sanksiyaların razılaşdırılmasında problemlər barədə daha əvvəl “Bloomberg” də xəbər vermişdi. Məlumata görə, bəzi ölkələr Rusiya neftinin ixracına qarşı məhdudiyyətlər çərçivəsində xarici liman və banklara sanksiya tətbiq olunması təklifinə qarşı çıxıblar.
Məsələn, İtaliya və Macarıstan hakimiyyəti Gürcüstandakı Kulevi limanına qarşı sanksiyaları dəstəkləmək istəmir. Yunanıstan və Malta isə İndoneziyadakı Karimun limanına mümkün məhdudiyyətlərlə bağlı narahatlıq ifadə ediblər.






