2025-ci ilin ilk ayında Azərbaycanda gümüş və qızıl istehsalının həcmi yanvarda düşsə də, mis hasilatında böyük sıçrayış var.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Yanvarda ümumi həcmi 1 337.5 ton mis hasil edilib ki, bu da illik müqayisədə 6.1 dəfə artıb.
Qızıl hasilatı ilk ayda 207,8 kiloqram olmaqla illik 12%, gümüş isə 11.2% azalaraq 329.8 kq təşkil edib.
Böyük Britaniyanın Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı “Anglo Asian Mining PLC”, 2026-cı il üçün istehsal və xərc proqnozunu açıqlayıb. Bu il çoxsahəli istehsalçı olaraq fəaliyyət göstərəcək və mis istehsalını təxminən üç dəfə artırmağı planlaşdırır. Yeni “Gilar” və “Dəmirli” mis mədənlərinin sayəsində istehsal 20 min –25 min tona çatdırlacaq.
Qızıl istehsalının 28 min –33 min unsiyaya, gümüşün isə 170 min –210 min unsiyaya yüksəlməsi gözlənilir.
Əlavə olaraq şirkət xərclərin isə rəqabətqabiliyyətli səviyyədə qalacağı bildirilir. Qızılın AISC 1,500–1,800 $/unsiya, misin isə 6,800–7,800 $/ton olacağını deyib.
Keçən il Azərbaycan xaricə ümumi həcmi 29.8 min ton və ya $56.8 mln. olan mis satıb.







