Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar ayında 38,2 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 2,1 dəfə artmış, maşın və avadanlıqların istehsalı 10,8 faiz azalıb.
2026-сı ilin yanvar ayında 402 ədəd və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 167 ədəd çox minik avtomobili istehsal olunmuşdur. Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə yük avtomobillərinin istehsalı 7 dəfə artıb.






