22 may 2026-cı il saat 11:00-da “Bakı Teleqrafı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.
2. İdarə heyətinin üzvlərinin və sədrinin seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
İclasın keçiriləcəyi ünvan – Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 36. (“Azərpoçt” MMC-nin inzibati binasının 6-cı mərtəbəsi)






