Banker.az-ın məlumatına görə, reytinqə 381,7 milyard dollarla Berkshire Hathaway başçılıq edir.
Aşağıdakı cədvəldə dünyada nağd vəsait və qısamüddətli investisiyalar üzrə ən böyük göstəricilərə malik ilk 15 şirkət təqdim olunur (milyard dollarla):
- Berkshire Hathaway — 381,7
- CITIC Limited — 171,5
- Daiwa Securities Group — 131,4
- Alphabet — 126,8
- Amazon — 126,3
- Taiwan Semiconductor Manufacturing — 97,8
- Interactive Brokers Group — 93,4
- Microsoft — 89,5
- Charles Schwab — 88,9
- Meta Platforms — 82,4
- Volkswagen — 76,9
- PDD Holdings — 69,5
- Apple — 66,9
- NVIDIA — 60,6
- Tencent — 59,2
Bu göstəricilər şirkətlərin balansında saxladıqları nağd vəsait və qısamüddətli maliyyə alətlərinin həcmini əks etdirir və onların likvidlik imkanlarını göstərən əsas indikatorlardan biri hesab olunur.






