Azərbaycanda neft emalı zavodunda avtomobil yanacağı istehsalı yenidən düşüb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2026-ci ilin yanvarında ilkin məlumatlara görə cəmi 114,9 min ton avtomobil benzini istehsal edilib. Bu da 2025-ci ildəki göstərici ilə müqayisədə 7.3 faiz azdır.
Ölkə iqtisadiyyatında əsas rola malik olan dizel yanacağının istehsalındakı eniş isə daha çoxdur. İlk ayda cəmi 193.4 min ton dizel istehsal edilməklə 2025-ci ilin müvafiq dpvründən 14.4% geri qalıb.
Azərbaycanda hər iki yanacağın qiyməti 2026-ci ildən etibarən bahalaşdırılıb. Tarif Şurası AI-92 markalı benzini 1.10 manatdan 1.15 manata, dizeli isə 1 manatdan 1.1 manata qədər qaldırıb.







