7 C
Baku
Monday, February 23, 2026

Azərbaycanda yanvar üzrə işsizlik səviyyəsi açıqlandı

2026-cı ilin fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlik səviyyəsi 5.2 faizdə (279.3 min nəfər) sabit qalıb. 

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İşsizlik səviyyəsi 2025-ci ilin iyunundan bu tərəfə 5.2 faiz səviyyəsində sabit qalmaqdadır.

Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 384.9 min nəfər olmuş, onlardan 5 milyon 105.6 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865.8 min nəfər, qeyri-dövlət sektorunda isə 942.2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1777.5 min nəfər çalışmışdır.

2026-cı il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 245.6 min nəfər olmuş, onların 51.9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 446.6 manat olmuşdur.

3243432234 scaled

Son xəbərlər
Digər xəbərlər