7 C
Baku
Monday, February 23, 2026

2026-cı ilin ilk ayında Azərbaycanda kərə və marqarin yağı istehsalı azalıb

Azərbaycanda kərə yağının yerli zavodlarda istehsalı 2025-ci ilin yanvarında 13.2% azalıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvarda cəmi 1 904.4 ton kərə yağı istehsal edilib.

Azərbaycan 20.13 min ton kərə yağı idxal edib və bunun ümumi dəyəri 145.31 mln. dollar təşkil edib. 2024-cü illə müqayisədə idxal həcmi 24.51 min tondan 20.13 min tona düşərək 18% azalıb.

Buna baxmayaraq, ümumi dəyər 139.51 mln. dollardan 145.31 mln. dollara yüksələrək 4% artıb.

Bir ton kərə yağının orta idxal qiyməti isə 5.69 min dollardan 7.22 min dollara qalxıb və illik artım 26.91% təşkil edib.

Bununla belə duru yağ istehsalı illik 15.6% artaraq 4576,6 tona yüksələrkən, marqarin 28.5% azalaraq 3 700,6 tona düşüb.

Son xəbərlər
Digər xəbərlər