6 C
Baku
Monday, February 23, 2026

Azərbaycanda yumurta istehsalı 6% aşağı düşüb

2026-cı ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 582.6 milyon manat təşkil etmişdir ki, onun da 549.8 milyon manatı heyvandarlıq, 32.8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0.1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5.6 faiz artmış, heyvandarlıq məhsulları istehsalı 0.3 faiz azalıb.

2026-cı ilin yanvar ayında quş əti də daxil olmaqla diri çəkidə 47.5 min ton ət, 158.9 min ton süd, 182.8 milyon ədəd yumurta istehsal edilmiş, 2025-ci ilin müvafiq ayına nisbətən ət istehsalı 0.4 faiz artmış, süd istehsalı 0.5 faiz, yumurta istehsalı 5.7 faiz azalıb.

 

 

Son xəbərlər
Digər xəbərlər