“Strategy” (keçmiş “MicroStrategy”) 16–22 fevral tarixləri arasında orta alış qiyməti $67 286 olmaqla daha 592 ədəd “Bitcoin” aldığını açıqlayıb. Alışın ümumi dəyəri $39,8 milyon təşkil edib.
22 fevral tarixinə olan məlumata görə, “Strategy”nin balansında 717 722 “Bitcoin” var ki, bu da ümumi emissiyanın 3%-dən çoxuna bərabərdir. Şirkət 2020-ci ildən bəri bu aktivlərin alınmasına ümumilikdə təxminən $54,56 milyard xərcləyib.
Şirkətin bir “Bitcoin” üçün orta alış qiyməti təxminən $76 020-dir. Hesabatın dərc olunduğu anda “Bitcoin”in məzənnəsi bu səviyyədən aşağı — təxminən $66 min olub.
Növbəti “Bitcoin” partiyası tam şəkildə MSTR səhmlərinin yerləşdirilməsi və satışı hesabına maliyyələşdirilib. İyul ayında qeydə alınmış maksimumdan bəri MSTR səhmlərinin qiyməti demək olar ki, 80% azalıb.





