7 C
Baku
Tuesday, February 24, 2026

Azərbaycanda ən çox bahalaşan tikinti materialları açıqlandı – SİYAHI

2026-cı ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının qiymətlərində illik müqayisədə əsasən artım qeydə alınıb.

Banker.az xəbər verir ki, yanvarda ən yüksək illik bahalaşma plastik pəncərələrdə müşahidə olunub. Belə ki, 1 kvadrat-metr plastik pəncərənin qiyməti 112.17 manatdan 121.62 manata yüksələrək 8.42% artıb. Pəncərə şüşəsi 16.82 manatdan 17.90 manata qalxaraq 6.42% bahalaşıb.

Nitro boya 7.26 manatdan 7.43 manata yüksələrək 2.34%, parket üçün lak 7.76 manatdan 8.08 manata qalxaraq 4.12%, yağlı boya isə 7.81 manatdan 7.96 manata artaraq 1.92% bahalaşıb. Divar kağızları 22.93 manatdan 23.52 manata yüksələrək 2.57% artım göstərib.

Sementin 50 kq-lıq kisəsinin qiyməti 9.36 manatdan 9.84 manata qalxıb ki, bu da 5.13% illik artım deməkdir. Kanalizasiya borusu 2.39 manatdan 2.56 manata yüksələrək 7.11% bahalaşıb. Su tənzimləyici cihaz 29.39 manatdan 31.32 manata qalxaraq 6.57% artım göstərib.

Sanitar qovşaq məhsullarında da artım qeydə alınıb. Vanna 307.88 manatdan 314.67 manata yüksələrək 2.21%, unitaz 140.18 manatdan 145.17 manata qalxaraq 3.56%, çanaq isə 73.13 manatdan 75.20 manata artaraq 2.83% bahalaşıb.

Divar kağızı üçün yapışqan 26.07 manatdan 27.37 manata yüksələrək 4.99%, keramik plitə yapışdırıcısı isə 5.59 manatdan 5.78 manata qalxaraq 3.40% artıb. Ruberoid 2.06 manatdan 2.16 manata yüksələrək 4.85% bahalaşıb.

Ağac-lifli lövhə 1.65%, ağac-yonqar lövhə 4.89%, kərpic 2.38% artım göstərib. Metal kirəmitdə 0.23%, keramik plitədə isə 0.07% cüzi bahalaşma qeydə alınıb.

Bununla yanaşı, bəzi məhsullarda ucuzlaşma müşahidə edilib. Kəsilmiş taxta 368.04 manatdan 355.39 manata düşərək 3.44% ucuzlaşıb. Parket 41.41 manatdan 40.05 manata geriləyərək 3.28% azalıb. Laminat parketi 0.87% ucuzlaşıb. Alçipan isə 5.56 manatdan 4.64 manata enərək 16.55% azalma ilə ən çox ucuzlaşan məhsul olub.

4353453

Son xəbərlər
Digər xəbərlər