Çində birillik kreditlər üzrə baza faiz dərəcəsi (LPR) əvvəlki ayla müqayisədə dəyişməyərək 3% təşkil edib. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Milli Banklararası Maliyyə Mərkəzinin məlumatına görə, bir çox kreditorların ipoteka faizlərini müəyyən edərkən əsas götürdüyü ipoteka kreditləri üzrə dərəcə də dəyişməz qalıb — 3,5%.
Ötən ilin yekunlarına əsasən, dünya mərkəzi bankları tərəfindən pul-kredit siyasətinin yumşaldılması müşahidə olunub. Xüsusilə, Çin Xalq Bankı faiz dərəcələrini 10 baza bəndi azaldıb. Bu addımlar ABŞ prezidenti Donald Trampın tarif siyasətinin yaratdığı qeyri-müəyyənlik, İsrail və İran arasında qarşılıqlı raket-bomba zərbələrinin kəskinləşməsi, Hindistan və Pakistan arasında silahlı toqquşma və s. kimi amillərə baxmayaraq atılıb.






