6 C
Baku
Tuesday, February 24, 2026

Financial Times: Trampın “Sülh Şurası”nda Qəzza üçün steyblkoinin yaradılması müzakirə olunur

ABŞ prezidenti Donald Trampın administrasiyası Qəzza üçün ABŞ dollarına indekslənmiş kriptovalyuta — steyblkoin tətbiq etmək imkanını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ideyanın detalları hələ tam işlənməyib. Mənbələrdən birinin bildirdiyinə görə, steyblkoin yeni Fələstin valyutası olmayacaq, əksinə, anklav sakinlərinə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən tranzaksiya aləti kimi nəzərdə tutulacaq.

Layihənin hazırlanması ilə israilli texnoprenyor, İsrail kəşfiyyatının keçmiş zabiti və hazırda “Sülh Şurası”nın müşaviri olan Liran Tanzman məşğul olur. Bundan əlavə, təşəbbüsdə Qəzza sektorunun idarə olunması üzrə Fələstin Milli Komitəsi (NCAG) və BMT-nin sabiq xüsusi nümayəndəsi Nikolay Mladenovun rəhbərlik etdiyi Ali Nümayəndəlik Ofisi də iştirak edir. Hər iki qurum “Sülh Şurası”nın himayəsi altında fəaliyyət göstərir.

Gözlənilir ki, layihənin icrasına rəqəmsal valyutalar sahəsində təcrübəsi olan ərəb və fələstinli şirkətlər də qoşulacaq. “Financial Times” qeyd edir ki, ötən həftə Tanzman “Sülh Şurası”nın iclasında NCAG-ın maliyyə xidmətləri, təhsil və səhiyyə sahələri üçün “təhlükəsiz rəqəmsal infrastruktur”un yaradılması üzərində çalışdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər