2 C
Baku
Saturday, December 14, 2024

Den Voldşmitd: həyatın istənilən sahəsi üçün uğur qaydaları

Den Voldşmit biznesmen, marketoloq və satış sahəsində ən məşhur bloqqerlərdən biridir. O çox zaman öz bloqunda öz işlərinizi necə yoluna qoymaq barədə ideyalarını oxucular ilə bölüşür. Budur belə ideyalardan 26-sı ilə tanış olaq.

Daha çox şeyi yerinə yetirin. Başladığınız işi sona çatdırın. Başlamaq kifayətdir – sona çatdırmağa çalışın.

Daha böyük nailiyyətlərə inanın: Yadda saxlayın ki, sizin dünyaları fəth etmək üçün kifayət qədər gücünüz var.

Daha çox ünsiyyətdə olun: Bəsdirin düşündünüz ki, onsuzda sizi hamı başa düşür.

Daha çox heyran olun: Həyata həyəcan və möcüzə hissi bəxş edin. Gözlənilməz olun.

Daha təsirli olun: Digər insanlara əldə etmək istədikləri dəyişikliklərə nail olmaq üçün kömək edin.

Daha çox fikrinizi cəmləyin: Təhlil aparmaq və ilham tapmaq üçün bilərəkdən fasilələr verin.

İnsanların ehtiyacı olduğundan daha çox şey verin. Digər insanların sevgisi üçün yaşayın. Digər insanlara nə isə verdikdə özünüz əldə etmək istədiyiniz qədər verin.

İnsanlara daha çox kömək edin: İnsanlara yardım əlinizi uzadın, hətta hər iki əliniz özünüzə lazım olduqda belə.

Daha çox yeniliklər: ixtiraçı, oyuncaq düzəldən və rəssam olun. Gözəl şeylər yaradın.

İnsanlarla daha çox birlik yaradın: İnsanlara, ideyalara və imkanlara bir-birini tapması üçün yardım edin. Onları birləşdirin.

Daha çox şey öyrənin: Heç vaxt hazırda sahib olduğunuz biliklə kifayətlənməyin. Məntiqinizi işə salın.

Hər şeydə ən yüksək həddə sahib olun: Sahib olduğunuz resursları öz tələbatlarınıza uyğun şəkildə formalaşdırın.

Daha çox şeylər planlaşdırın: Plan hazırlayın və arzularınıza, məqsədlərinizə doğru gedən addımları müəyyənləşdirin.

Hər şeyi qaydasına salın: Həyatınızda mövcud olan bütün insanlarla problemlərinizi yoluna qoyun. Həmçinin öz maliyyə problemlərinizi düzəldin və sağlamlığınızın qeydinə qalın.

Öz işinizdə tam ixtisaslaşın: 10 işi yarımçıq yerinə yetirməkdənsə bir işi tam yerinə yetirin.

Daha çox qiymətləndirin. Öz zamanınızın, münasibətlərinizin və arzularınızın dəyərini qiymətləndirin.

Daha çox qələbə qazanın: Bəsdir məğlub oldunuz və tez uğur gətirən işlərlə məşğul olmağa başlayın.

Daha çox təhlil edin: Öz məqsəd və niyyətləriniz barədə vicdanlı olun.

Son xəbərlər
Digər xəbərlər