2026-cı ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156 milyon 604 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 4.3% azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 30.2% çoxalaraq 62 milyon 12 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 163 milyon 658 min manat, sığorta ödənişlərinin həcmi isə 47 milyon 623 min manat olub.





