6 C
Baku
Wednesday, February 25, 2026

AMB və “Komplayens Assosiasiyası” Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Komplayens Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Banker.az AMB-yə istinadən xəbər verir ki, sənədin məqsədi maliyyə və qeyri-maliyyə subyektləri üçün komplayens mədəniyyətinin formalaşdırılması, komplayens sahəsində qabaqcıl təcrübələrin təşviqi və tənzimləyici tələblərə uyğunluğun daha da artırılmasıdır.

Bu məqsədlə komplayens mexanimzlərinin və etik davranış prinsiplərinin formalaşdırılması və inkişaf etdirilməsi üçün maarifləndirmə və məlumatlandırma təşəbbüslərinin keçirilməsi nəzərdə tutulur. Qeyd olunan istiqamətdə komplayens sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün seminarlar, təlim proqramları, dəyirmi masalar, konfranslar və digər tədbirlərin təşkili planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər