Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə cari ilin yanvarında yığımlarda artım olsa da, ödənişlər daha kəskin yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında sığorta haqları 13.8 mln. manat, sığorta ödənişləri isə 11.4 mln. manat təşkil edib. Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə haqlar üzrə təxminən 7.4%, ödənişlər üzrə isə 19% artım deməkdir.
Zərərlilik səviyyəsinə gəldikdə, 2026-cı ildə 82.9% səviyyəsində formalaşıb. Halbuki, keçən ilin eyni dövründə bu rəqəm 74.1% idi.
Hər ilin yanvar ayı üzrə göstərici:








