BOKT “International” ASC-nin (İSİN: AZ2043021024) 1,000,000 manat həcmində buraxdığı 18% illik gəlirliliyə malik 3 illik istiqrazlar üzrə sifarişlər təklifi üstələyib.
Hərrac zamanı istiqrazlara 1,016,300 manat məbləğində sifariş daxil olub ki, bu da buraxılış həcmindən 16,300 manat (1.63%) çoxdur.
Hərracda 51 investor iştirak edib, istiqrazlar isə 45 investora bölüşdürülüb. Emissiya tam həcmdə – 1,000,000 manat məbləğində reallaşdırılıb.
İstiqrazların illik gəlirliliyi 18% səviyyəsində müəyyən edilib.
| Emitentin adı | BOKT “International” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2043021024 |
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu/forması | Kütləvi/Rəqabətli hərrac |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| İllik gəlirlilik faizi | 18% |
| Minimal qiymət | 100 (18.0000%) manat |
| Maksimal qiymət | 100 (18.0000%) manat |
| Kəsmə qiyməti | 100 (18.0000%) manat |
| Ortaçəkili qiyməti | 100 (18.0000%) manat |
| İstiqrazların reallaşdırılmış həcmi | 1,000,000 manat |
| İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 1,016,300 manat |
| Hərracda iştirak edən investor sayı
Bölüşdürülmüş investor sayı |
51
45 |
| Sifariş sayı | 51 |
| Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
| Tədavül müddəti | 3 il |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |





