Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.
Bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris “X” sosial şəbəkəsində bildirib.
Budris qeyd edib ki, Vilnüs Aİ-nin sanksiyaların uzadılması ilə bağlı kollektiv qərarını alqışlayır.
Aİ insan hüquqlarının pozulması və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyinə görə 2015-ci ildən bəri Belarusa qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. Genişmiqyaslı iqtisadi və fərdi məhdudiyyətlər kompleksinə ölkə rəhbərliyinə qarşı məhdudiyyətlər, həmçinin kalium, neft məhsulları, ağac idxalına qadağa, bank sektorunda məhdudiyyətlər, texnologiya və ikili təyinatlı malların ixracına qadağa daxildir.







