6 C
Baku
Friday, February 27, 2026

WSJ: İran ABŞ-nin nüvə sazişi üzrə tələblərini rədd edib

Cenevrədə keçirilən ABŞ və İran danışıqları İranın nüvə proqramı ilə bağlı sazişin imzalanması olmadan başa çatıb. “The Wall Street Journal” (WSJ) qəzetinin mənbələrə istinadən yazdığına görə, Vaşinqton təzyiqi artıraraq daha sərt tələblər irəli sürdüyü üçün tərəflər əsas məsələlər üzrə hələ də razılığa gələ bilməyiblər.

Qəzetin məlumatına əsasən, ABŞ tərəfini təmsil edən Stiv Uitkoff və Cared Kuşner bildiriblər ki, İran Fordo, Natanz və İsfahandakı üç əsas nüvə obyektini məhv etməlidir. Bundan əlavə, onlar İranın bütün qalan zənginləşdirilmiş uranı ABŞ-a çıxarmasını tələb ediblər. Amerika tərəfi həmçinin vurğulayıb ki, istənilən saziş müddətsiz olmalıdır.

İran isə uran ehtiyatlarının xaricə çıxarılması ideyasını rədd edib, eləcə də zənginləşdirmənin dayandırılmasına, nüvə obyektlərinin sökülməsinə və nüvə proqramına daimi məhdudiyyətlərin tətbiqinə etirazını bildirib.

İran hökumətinin informasiya şurasının rəhbəri Elyas Xəzrəti daha əvvəl bəyan edib ki, “İrandan heç nə çıxarılmayacaq”. O əlavə edib ki, uranın zənginləşdirilməsi “ölkənin ehtiyaclarına uyğun şəkildə davam edəcək”. Eyni zamanda, o qeyd edib ki, WSJ-nin məqaləsi danışıqların reallıqlarını əks etdirmir.

WSJ yazır ki, Yaxın Şərq üzrə yerləşdirilmiş bir neçə Amerika eskadrilyasına yaxın vaxtlarda daha 20-dən çox qırıcı təyyarə qoşulacaq. Regiona həmçinin ABŞ-nin bir aviadaşıyıcısı, səkkiz esminesi və üç hərbi gəmisi göndərilib. ABŞ prezidenti Donald Tramp Vaşinqtonun tələbləri qəbul edilməyəcəyi təqdirdə Tehrana “pis şeylər” vəd edib.

Son xəbərlər
Digər xəbərlər