“Red Lake City 2025” Məhdud Məsuliyyətli Cəmiyyəti “Red Lake City” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Banker.az xəbər verir ki, məlumata görə, qoşulma nəticəsində “Red Lake City” MMC ləğv olunub və bütün hüquq və öhdəliklər “Red Lake City 2025” MMC-yə keçib.
“Red Lake City 2025” MMC 1 350 000 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 64-dür. Cəmiyyətin qanuni təmsilçisi Zamin Qədimov Ədalət oğludur.
Ləğv olunan “Red Lake City” MMC-nin nizamnamə kapitalı 2 000 manat olub. Şirkət eyni hüquqi ünvanda fəaliyyət göstərib və qanuni təmsilçisi də Zamin Qədimov Ədalət oğlu olub.






