6 C
Baku
Monday, March 2, 2026

Çin ABŞ və İsraili İranda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

ÇXR Xarici İşlər Nazirliyi bəyan edib ki, Çin ABŞ və İsrail tərəfindən suveren İrana qarşı başladılmış hərbi təcavüzə qəti şəkildə qarşı çıxır və İranın ali rəhbəri ayətullah Əli Xameneinin qətlə yetirilməsini kəskin şəkildə pisləyir. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Pekin dərhal hərbi əməliyyatların dayandırılmasına, gərgin vəziyyətin daha da eskalasiyasına yol verilməməsinə çağırır.

XİN-də vurğulanıb ki, İranın ali rəhbərinə qarşı hücum və onun öldürülməsi ölkənin suverenliyinin kobud şəkildə pozulmasıdır, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, eləcə də beynəlxalq münasibətlərin əsas normalarının tapdanması deməkdir.

Fevralın 28-də ABŞ və İsrail İranda hakimiyyət dəyişikliyinə nail olmaq, həmçinin nüvə proqramını dayandırmaq, raket potensialını və İran donanmasını məhv etmək məqsədilə hərbi əməliyyata başlayıb. İran isə İsrailə və ABŞ-ın hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə zərbələrlə cavab verir.

Son xəbərlər
Digər xəbərlər