6 C
Baku
Monday, March 2, 2026

Beynəlxalq Atom Enerjisi Agentliyi İranda müharibə ilə bağlı fövqəladə iclas keçirəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəçilər Şurası martın 2-də İranla bağlı vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirəcək. İclas ABŞ və İsrailin İran ərazisinə endirdiyi hərbi zərbələrlə bağlı vəziyyətin müzakirəsi məqsədilə Rusiyanın müraciəti əsasında çağırılıb.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, görüş Vyana Beynəlxalq Mərkəzində KİV-lər üçün qapalı rejimdə keçiriləcək. Bundan əvvəl BAEA İsrail və ABŞ hücumları nəticəsində İranda radioloji vəziyyətdə dəyişiklik qeydə alınmadığını açıqlamışdı.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın 20 vilayətinə zərbələr endirib. Zərbələr, o cümlədən, ölkənin nüvə obyektlərinin yerləşdiyi İsfahan və Buşəhr şəhərlərinə də dəyib.

Son xəbərlər
Digər xəbərlər