7 C
Baku
Monday, March 2, 2026

Azərbaycanda bu şəxslərə 2 və 3 otaqlı mənzillər veriləcək

“Sosial Xidmətlər Agentliyi” 5.7 milyon manata mənzil alacaq.

Banker.az xəbər verir ki, Bakı şəhərində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Sosial Xidmətlər Agentliyi tərəfindən müsabiqə elan edilib.

Müsabiqə çərçivəsində 40 ikiotaqlı və 20 üçotaqlı mənzilin satın alınması planlaşdırılır.

İşlərin ümumi dəyəri 5.700.000 AZN olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər