8 C
Baku
Monday, March 2, 2026

Avropanın müdafiə şirkətlərinin səhmləri Yaxın Şərqdəki münaqişə fonunda bahalaşır

“TradingView” xidmətinin məlumatlarına görə, Avropanın hərbi-sənaye kompleksi (HSK) sahəsində fəaliyyət göstərən bəzi şirkətlərin, o cümlədən “BAE Systems”, “Kongsberg Defence & Aerospace”, “Leonardo”, “Rheinmetall” və “Saab” səhmləri sürətlə yüksəlir. Müsbət dinamikanın mümkün səbəbi kimi Yaxın Şərqdə eskalasiya göstərilir.

Avropa fond birjalarının Bakı vaxtı ilə saat 12:11-ə olan məlumatına əsasən, Almaniyanın “Renk” şirkətinin səhmləri 4,41% artaraq bir səhm üçün 59,59 avroya çatıb. İtaliyanın “Leonardo” şirkətinin səhmləri 5,04% bahalaşaraq 59,66 avro olub. Almaniyanın “Rheinmetall” şirkətinin kotirovkaları 1 720 avro (+3,31%) səviyyəsində ticarət olunub.

İsveçin “Saab” konserninin səhmləri 5,82% artaraq 692,5 İsveç kronu təşkil edib. “Hensoldt” şirkətinin səhmləri 6,99% artaraq 79,6 avroya yüksəlib, TKMS-in göstəriciləri 1,41% artaraq 97,3 avro, İspaniyanın “Indra” şirkətinin səhmləri isə 4,7% artaraq 65,7 avro olub.

Saat 12:15-ə olan məlumata görə, Böyük Britaniyada yerləşən “BAE Systems” şirkətinin səhmləri 6,87% artaraq 2 254 britaniya pensinə çatıb. Eyni zamanda, Norveçin “Kongsberg Defence & Aerospace” şirkətinin səhmləri 5,3% bahalaşaraq 405,85 Norveç kronu olub.

Saat 12:34-ə olan məlumata əsasən, Avropanın aerokosmik və müdafiə şirkətlərini əhatə edən STOXX indeksi 2,4% azalaraq 5 992 bəndə düşüb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən iri şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu guya İrandan qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. Bununla yanaşı, ABŞ rəhbərliyi açıq şəkildə İran əhalisini öz hökumətinə qarşı çıxmağa və hakimiyyəti ələ keçirməyə çağırıb. Zərbələr nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və islam respublikasının bir sıra digər əsas fiqurları həlak olub. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatına başladığını elan edib.

Son xəbərlər
Digər xəbərlər