Qətərin milli neft-qaz şirkəti “Qatar Energy” İranın hücumu səbəbindən mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını dayandıracaq. Bu barədə “Əş-Şərq” qəzeti məlumat yayıb.
“Qatar Energy Qətərin Ras-Laffan və Məsəid sənaye şəhərlərində yerləşən istismar obyektlərinə qarşı hərbi hücum səbəbindən mayeləşdirilmiş təbii qazın və əlaqəli məhsulların istehsalının dayandırıldığını elan edir”, — mesajda deyilir.
Bundan əvvəl Qətər Müdafiə Nazirliyi iki İran pilotsuz uçuş aparatının Məsəiddə elektrik stansiyasının su anbarına və Ras-Laffanda yerləşən “Qatar Energy” obyektinə hücum etdiyini açıqlamışdı.






